MEDİA Rəşad Baxşəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib - YENİLƏNİB

2026/03/1774590664.jpg
Oxunub: 839     09:49     27 Mart 2026    
Medianın İnkişafı Agentliyi (MEDİA) tanınmış jurnalist Rəşad Baxşəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Ordu.az xəbər verir ki, bu barədə agentliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist, Vətən müharibəsi iştirakçısı Rəşad Baxşəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin”, - paylaşımda qeyd edilib.

***

"Azərbaycan" qəzetinin şöbə müdiri, Vətən müharibəsinin iştirakçısı, jurnalist Rəşad Baxşəliyev vəfat edib.

Ordu.az xəbər verir ki, 48 yaşında həyatını itirən mərhum jurnalist bu gün dəfn olunacaq.

Qeyd edək ki, Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, bir neçə medalla təltif olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rəşad-Baxşəliyev  


Bizi "telegram"da izləyin