“Hraparak”: Paşinyanın partiyasının üzvləri növbəti “həddi” aşağı salıblar

2026/03/1774589862.jpg
Oxunub: 431     09:35     27 Mart 2026    
Son günlər Paşinyanın partiyasının üzvləri müxalifətin tənqidlərinə aqressiv reaksiya versələr də, ötən gün də Ararat Mirzoyan sual-cavab zamanı bildirib ki, müxalifət sülh müqaviləsi məsələsində “zəmanətçi” mövzusuna yapışıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, halbuki cəmi 3 il əvvəl, hələ saqqallı Nikol Paşinyan H1 telekanalında açıq demişdi: “Əgər zəmanətçi olmasa, sülh müqaviləsi imzalandıqdan 12 saat sonra müharibə başlaya bilər”.

KİV bildirib ki, Mirzoyan bir gün əvvəl narazılıq ifadə edərək demişdi: “İndi də müxalifətin müxtəlif, o cümlədən “Qarabağı geri qaytarmaq” kimi narrativləri var … bunlar birbaşa sülhə ziddir. Son günlər yeni bir çalar yaranıb: sülh, amma zəmanətçi ilə, zəmanətli sülh. Zəmanətçilər ümumiyyətlə öz maraqlarını güdürlər.

Soyuq hesablamalar dünyasında, beynəlxalq münasibətlərdə heç kim heç kim üçün sadəcə xoş niyyətlə addım atmır, zəmanət vermir, həmçinin öz əsgərlərinin qanını tökmür və s. İkincisi, biz onlarla zəmanətli, imzalanmış, zəmanətçi qruplar tərəfindən təmin edilmiş sülh müqavilələrinin sonradan asanlıqla pozulduğunu bilirik, maraqlıdır ki, çox vaxt bu pozuntular məhz zəmanətçilərin özləri tərəfindən edilib”.

Nəşr yazıb ki, işarələr Rusiyaya yönəldilsə də, adı açıq çəkilmir.

“Məlumatlarımıza görə, sülh müqaviləsinin ilkin layihəsində zəmanətçi ilə bağlı bənd olub, lakin İlham Əliyevin tələbi ilə çıxarılıb. Bundan sonra Paşinyanın partiyasının üzvləri növbəti dəfə “həddi” aşağı salıblar”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Mirzoyan   Ermənistan  


Bizi "telegram"da izləyin