“İravunk”: Paşinyanın partiyasının üzvləri növbəti qorxu “dozasını” alıblar

2026/03/1774589801.jpg
Oxunub: 445     09:31     27 Mart 2026    
Paşinyanın partiyasının üzvlərinin sabah rəhbərdən qorxusu gündən-günə artır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşrin Paşinyanın partiyasına yaxın mənbələrinin məlumatına görə, Nikol Paşinyan ötən gün parlamentdə narazı deputatlara açıq şəkildə bildirib ki, onun arxasınca gizli oyunlar oynamağa cəhd etməsinlər.

KİV bildirib ki, Paşinyanın partiya üzvlərinə çatdırdığı qeyd olunur: “Yaxşı yadınızda saxlayın, Aslanyanı da, Ağazaryanı da şeytanın məhəlləsində hoqqabazlıq edəndə... hamınızın indisini də, keçmişini də ondan yaxşı bilirəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin