Ermənistan KİV-i: Hasarları tənqid edən nazir öz hasarlarını sökməyib

2026/03/1774589353.jpg
Oxunub: 375     09:26     27 Mart 2026    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hökumət iclasında ölkədəki yaşayış tikililərində yüksək hasarların yayılmasını tənqid edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, Mirzoyan qeyd edib ki, illərlə formalaşmış düşüncə problemlidir: “Biz belə qəbul etmişik ki, hasarın içi bizə məxsusdur, hasarın çölü isə yox”.

KİV yazıb ki, başqa sözlə, yüksək hasarlar yaxşı hal deyil və insanlar bu bölücü xətlərdən azad olmalıdır.

“ArmLur.am” peyk imkanları vasitəsilə müəyyən edib ki, Ararat Mirzoyan öz şəxsi malikanəsinin hasarlarını sökməyib və onları açıq konstruksiyalarla əvəz etməyib.

“Xatırladaq ki, Mirzoyan 2022-ci ildə təxminən 280 min ABŞ dollarına aldığı malikanəyə sahibdir və həmin ərazi də yüksək hasarlarla əhatə olunub.

Beləliklə, ziddiyyətli mənzərə yaranır: bir tərəfdən yüksək vəzifəli məmur cəmiyyətdə yayılmış memarlıq və sosial davranışı tənqid edir, digər tərəfdən isə özü həmin modeldən istifadə etməyə davam edir.

Siyasi mesajlar isə daha inandırıcı olur ki, onlar məhz həmin mesajların müəlliflərindən başlasın”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mirzoyan  


Bizi "telegram"da izləyin