“Tarixdə ilk sammit 4-5 may tarixlərində İrəvanda keçiriləcək” - Koşta

2026/03/1772810458.jpg
Oxunub: 429     23:12     26 Mart 2026    
“Ermənistan və Avropa İttifaqı (Aİ) arasında tarixdəki ilk sammit mayın 4-5-də İrəvanda baş tutacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü səbirsizliklə gözləyirəm. Ermənistan Aİ-nin yaxın tərəfdaşıdır və biz bu münasibətlərin dərinləşməsini arzulayırıq. Bizi ümumi dəyərlər, eləcə də beynəlxalq hüquqa və qaydalara əsaslanan beynəlxalq nizama sadiqliyimiz birləşdirir”, - deyə Koşta qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koşta   Ermənistan    


Bizi "telegram"da izləyin