KİV: İran BƏƏ ərazisindən gözlənilən ABŞ hücumu barədə kəşfiyyat məlumatı əldə edib

2026/03/1773472557.jpg
Oxunub: 465     23:00     26 Mart 2026    
İran böyük ölkələrdən birindən ABŞ-nin BƏƏ-nin nəzarətində olan ərazilərdən Hörmüz boğazı yaxınlığındakı İran adalarına hücum hazırladığı barədə kəşfiyyat məlumatı əldə edib.

Ordu.az xəbər verir ki, bu barədə “İranlı jurnalistin gündəliyi” adlı “Telegram” kanalı məlumat yayıb.

“BƏƏ-də olan dostlara xəbərdarlıq: əgər əməliyyat başlasa, dərhal ölkəni tərk edin və Oman və ya Səudiyyə Ərəbistanına yollanın. Bu əməliyyatın başlanması İranın BƏƏ hakimiyyətinə qarşı cavab zərbələrinə səbəb olacaq. Bu zərbələrin bənzərini heç kim görməyib və hətta Məhəmməd bin Zayed belə bunu təsəvvür edə bilməzdi.

Nəhyanlar sülaləsi üçün çətin günlər yaxınlaşır”, - deyə kanal qeyd edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   İran  


Bizi "telegram"da izləyin