Ermənistan Cinayət Polisi Baş İdarəsinin və İrəvan şəhər idarəsinin əməkdaşlarının birgə əldə etdikləri operativ məlumatlar əsasında, həmçinin İrəvan şəhər İstintaq İdarəsinin əməkdaşları ilə əməkdaşlıq çərçivəsində, məhkəmə qərarı ilə martın 26-da İrəvanın 20 ünvanında axtarışlar aparılıb.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, nəticədə narkotik maddələrin istehsalı üçün istifadə olunan məkan, müxtəlif növ və miqdarda narkotik vasitələr, eləcə də qanunsuz saxlanılan silah və sursat aşkarlanıb. On nəfər saxlanılıb.
Qeyd edilib ki, bu istiqamətdə operativ-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İrəvan
Ermənistan