Erməni diaspor nümayəndəsi Köçəryana: “Hakimiyyətə gəlsəniz, Paşinyanın partiyasının üzvləri məsuliyyətə cəlb olunacaqmı?”

2026/01/1769691713.jpg
Oxunub: 455     22:36     26 Mart 2026    
“Siz müsahibələrinizdə tez-tez deyirsiniz ki, 1998-ci ildə hakimiyyətə gələndə geriyə baxmadınız, əvvəlkiləri cəzalandırmadınız, vaxtınız yox idi, irəli baxırdınız. İndi hakimiyyətə gəlsəniz, yenə eyni şeyi edəcəksinizmi? Çünki mən və mənim kimilər vendetta tələb edirik , vendetta olacaq, yoxsa olmayacaq?”.

Ordu.az xəbər verir ki, bu sualı bu gün repatriantlarla görüş zamanı erməni diaspor nümayəndələrindən biri “Hayastan” blokunun lideri, Ermənistanın sabiq prezidenti Robert Köçəryana ünvanlayıb.

Sabiq erməni prezident prezident gülərək cavab verib: “Siz də mütləq səhvlərimi üzümə vurmalısınız, hə?”.

Daha sonra Köçəryan ciddi şəkildə davam edib: “Biz 1998-ci ildə yanaşmalarda fikir ayrılıqları yaşamışıq və bu, konfliktə, növbədənkənar seçkilərə gətirib çıxardı, amma bu fikir ayrılıqları faciəvi nəticələrə səbəb olmadı. Mən heç vaxt indiki vəziyyəti 1998-ci ilin vəziyyəti ilə müqayisə etməzdim. Sadəcə, biz bir yanaşmanı qəbul etmədik və buna görə yollarımız ayrıldı. İndi vəziyyət başqadır. Mən təsəvvür edə bilmirəm ki, necə müharibə təhrik etmək, 5000 itki vermək, “Qarabağda 150 000 insanı əmlaksız qoymaq” mümkün oldu. Ümumilikdə Qarabağda itirdiklərimizin dəyəri ən azı 80 milyard dollar idi. Bütün bunlar orada qaldı və buna görə konkret qərar verən şəxslər məsuliyyət daşımalıdır. Söhbət kütlələrdən getmir, amma konkret məsul şəxslər cavab verməlidir.

Nəticələr son dərəcə ağırdır, ona görə bu müqayisə o qədər də düzgün deyil.

Ümumiyyətlə isə həyatda mənim yanaşmam belədir: çox geriyə baxsan, qarşını görə bilməzsən, irəli getmək üçün daim arxaya baxmaqla hərəkət etmək mümkün deyil. Sadəcə, bu dəfə bu prinsipdən istisna olacaq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin