Sabiq erməni prezident: “Repatriantların siyasi proseslərdə iştirak etməsi üçün model tapılmalıdır”

2026/01/1769690828.jpg
Oxunub: 418     22:27     26 Mart 2026    
“Mən sizə bu qadağanın haradan qaynaqlandığını izah edə bilərəm. ABŞ-də heç kim düşünmür ki, hansısa kiçik ölkə dövlət vəzifələrində ikili vətəndaşlar olduqda onun siyasətinə təsir göstərə bilər”.

Ordu.az xəbər verir ki, bunu bu gün repatriantlarla görüş zamanı “Hayastan” blokunun lideri, Ermənistanın sabiq prezidenti Robert Köçəryan Ermənistanda ikili vətəndaşların parlamentin deputatı olmaq hüququnun olmamasına toxunarkən deyib.

“Kiçik ölkələrdə belə narahatlıq həmişə olur. Hətta son hadisələr göstərdi ki, İsrailin ABŞ üzərində təsiri kifayət qədər böyükdür. Sadəcə burada düzgün balans tapılmalıdır ki, məsələn, deputat ikili vətəndaşdırsa, məsələn, Ermənistan və Fransa vətəndaşıdırsa, o hansısa fikir səsləndirəndə deməsinlər ki, buna sənin Fransa vətəndaşlığın təsir edib. Bu problem mövcuddur.

Mənim üçün bugünkü vəziyyət qəbuledilməzdir, deyirlər ki, sən vətəndaşlıqdan imtina etməlisən və dörd il də gözləməlisən ki, deputat ola biləsən. Məsələn, Litvada da belə qadağa var, amma əgər şəxs hazırda başqa ölkənin vətəndaşlığından imtina edirsə, bu qadağa artıq qüvvədə olmur. Şəxsən mən hesab edirəm ki, repatriant vətəndaşlarımızın siyasi proseslərdə iştirakına imkan vermək üçün müəyyən model tapılmalıdır, amma hazırda konkret həllim yoxdur.

Təsəvvür edin ki, kimsə Rusiya vətəndaşıdır və burada parlamentdə çox aktiv siyasət aparır, dərhal bunu KQB ilə, kimlərləsə əlaqələndirəcəklər. KQB 30 ildir mövcud deyil, amma onun “şöhrəti” yenə də insanlara rahatlıq vermir.

Bu məsələ bir tərəfdən bəzi problemləri həll edir, digər tərəfdən isə yeni problemlər yaradır. Bu, daxili gərginlik yaradır, yoxsa əksinə, onu azaldır?”, - deyə sabiq erməni prezident vurğulayıb.

Köçəryan xatırladıb ki, Vardan Oskanyan xarici işlər naziri olub və 10 il çox yaxşı işləyib.

“Əgər indiki tənzimləmələr tətbiq olunsaydı, o, bu hüquqa malik olmazdı. Bəzi sahələrdə məhdudiyyətlər tətbiq etmək olar, məsələn, milli təhlükəsizlik, ordu sahəsində mümkündür. Amma, məsələn, söhbət mədəniyyət sahəsindən gedirsə, burada təhlükəsizlik məsələsi yoxdur və bu sahədə məhdudiyyətləri aradan qaldırmaq olar.

Ermənistan diasporla birlikdə və diaspor olmadan… bunlar fərqli “çəki kateqoriyalarıdır”. Əgər sən kiçik ölkə olub böyük oyunçu olmaq istəyirsənsə, bütün bu imkanları Ermənistanın xeyrinə istifadə etməlisən”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin