Ordu.az xəbər verir ki, o, bu barədə bu gün Ermənistan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyası zamanı jurnalistlərlə söhbətində deyib.
Qeyd edək ki, aksiya iştirakçıları 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının hesabatının açıqlanmasını tələb edirlər.
“Heç nə etmirlər, yalnız sosial məsələlər həll olunur, başqa heç bir məsələ həll olunmur, iş yerindən tərpənmir. Mən istintaq komissiyasının üzvü də olmalı idim, əvvəlcədən adım müəyyən edilmişdi ki, orada olacağam. Amma ilk iclas oldu, mənim bundan xəbərim belə olmadı. Məni səliqəli şəkildə kənarlaşdırdılar, çünki bilirdilər ki, susmayacağam, danışacağam, tələb edəcəyəm. Qohumlardan iki nəfər iki iclasa qatıldı, sonra getmədilər. Son dəfə Andranik Köçəryan gəlib soruşdu ki, niyə iclaslara gəlmirsiniz? Valideynlərimizdən biri açıq şəkildə cavab verdi: gəlib nə edəcəkdik, sizin oyunlarınıza baxacaqdıq?”, - deyə o bildirib.
Qukasyan qeyd edib ki, müharibə dövründə xəyanət edənlərin çoxu hələ də vəzifədədir: “Yalnız Calal Harutyunyan bir epizod üzrə mühakimə olunub, ondan başqa kim mühakimə olunub?”.
O bildirib ki, nə hakimiyyətdən, nə də müxalifətdən heç bir gözləntisi yoxdur. “Altı ildir görürəm ki, heç biri heç nə etmir. Bu qədər il də istintaq komissiyasının nəticəsini gözlədik. Bizə söz verilmişdi ki, nəticə olacaq, bizə deyiləcək, günahkarların kim olduğunu biləcəyik və onlar cəzalarını alacaqlar. Nə oldu? 2025-ci ilin sentyabrında işin başa çatdığı elan edildi. Andranik Köçəryan söz verdi ki, hesabat mütləq açıqlanacaq. Sonra məlum olur ki, parlamentə göndərilib, arxivləşdirilib və məxfiləşdirilib”, - deyə Qukasyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az