Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Aksiya iştirakçıları Ermənistan parlamentinin 44 günlük müharibənin halları ilə bağlı araşdırma aparan İstintaq Komissiyasının hesabatının açıqlanmasını tələb edirlər.
Xatırladaq ki, 2025-ci ilin sentyabrında komissiya işini başa çatdıraraq hesabatı parlament sədrinə təqdim edib. Lakin komissiyanın sədri Andranik Köçəryanın bildirdiyi kimi, sentyabrın 30-da və ya növbəti plenar iclasda hesabat dərc olunmayıb. Əksinə, Ermənistan parlamentinin sədrinin sözlərinə görə, hesabatın plenar iclasın gündəliyinə daxil edilməsi üçün hüquqi əsas yoxdur.
Aksiyanın təşəbbüs qrupu bildirir ki, parlament hesabatı ictimaiyyətə açıqlamalıdır. Onların sözlərinə görə, bu, çoxdan gözlənilən sənəddir və vergi ödəyicilərinin vəsaiti hesabına böyük həcmdə iş görülüb, buna görə də həmin iş nəticəsiz qalmamalıdır. “Hesabatdan sonra cinayət işləri açılacaq, onların sayı minlərlədir, bəli, minlərlə iş olacaq”, - deyə komissiya sədri bildirib.
Yaranmış vəziyyət əsasən itkin düşmüş və ölmüş erməni hərbçilərin yaxınları, müharibə iştirakçıları və Qarabağdan könüllü köç etmiş şəxslər arasında ictimai narazılıq yaradıb.
Tələbi səsləndirən şəxslərdən ibarət təşəbbüs qrupu yaradılıb. Qrup üzvləri parlamentin üç fraksiyasına yazılı müraciət göndərməyə hazırlaşırlar.
Alpər Mövludoğlu
Ordu.az