Ermənistanın sabiq müdafiə nazirinin arvadı ilə bağlı iş məhkəməyə daxil olub

2026/02/1772184051.jpg
Oxunub: 406     13:19     27 Fevral 2026    
Ermənistanın sabiq müdafiə naziri, parlamentin “Hayastan” fraksiyasının deputatı Seyran Ohanyanın arvadı Ruzanna Xaçatryanla bağlı iş fevralın 26-da məhkəməyə daxil olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, iş hakim Aram Qriqoryana həvalə edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Ruzanna Xaçatryan 2021-ci il dekabrın 13-dən 2022-ci il iyunun 23-nə qədər olan müddətdə Anna Badalyan və Karine Marqaryan tərəfindən mülki iş üzrə sübutların saxtalaşdırılmasını təşkil edib və buna rəhbərlik edib. Həmçinin, o, Anna Badalyanın mülki iş çərçivəsində üzərinə həbs qoyulmuş əmlaklarla bağlı qanunsuz hərəkətlər etməsini təşkil edib və idarə edib. Bu hərəkətlər həmin əmlakların qanunsuz şəkildə özgəninkiləşdirilməsi ilə ifadə olunub.

Bundan başqa, Xaçatryan 2022-2024-cü illər ərzində Ermənistan qanunvericiliyinə əsasən bəyannamə təqdim etmək öhdəliyi olan şəxs kimi təqdim etdiyi bəyannamələrdə bəyan edilməli olan iki ədəd daşınmaz əmlakla bağlı məlumatları gizlədib. Bu isə xüsusilə iri həcmdə əmlakın bəyan edilməməsi ilə nəticələnib.

Həmçinin, Ruzanna Xaçatryanın qohumları olan Anna Badalyan və Karine Marqaryana qarşı da ittiham irəli sürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xaçatryan   Ohanyan  


Bizi "telegram"da izləyin