Dövlət qurumlarında informasiya təhlükəsizliyinin diaqnostikası üzrə meyarlar razılaşdırılır - XRİTDX

2026/02/fdgdf-1772181771.jpg
Oxunub: 378     12:22     27 Fevral 2026    
2026-cı ildə dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə diaqnostikanın aparılması planlaşdırılır. Hazırda diaqnostika meyarları hazırlanıb və aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Ordu.az xəbər verir ki, bu fikirləri bu gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” mövzusunda keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

XRİTDX rəsmisi qeyd edib ki, meyarlar təsdiq edildikdən sonra dövlət qurumlarının informasiya təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsi həyata keçiriləcək:

“Təhdidlər və risk reyestrləri ilə bağlı qeyd etmək lazımdır ki, burada həm daxili, həm də xarici mənbəli təhdidlər nəzərə alınır. Təhdidlər dövlət qurumunun əməkdaşlarından, əməkdaşlıq etdiyi şirkətlərdən və ya xarici aktorlardan qaynaqlana bilər”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XRİTDX   Dövlət-qurumları  


Bizi "telegram"da izləyin