Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Komitə ABŞ-nin erməni icmasının Konqresin müharibə məsələləri üzrə konstitusion səlahiyyətlərinə uzunmüddətli dəstəyini bir daha təsdiqləyib.
Xüsusilə, regionda gərginliyin azaldılması və danışıqların bərpası çağırışlarına uyğun olaraq, eləcə də İranla uzunmüddətli müharibənin mülki əhali, o cümlədən İranın erməni icması üçün ciddi təhlükə yaradacağını nəzərə alaraq və mümkün müharibənin regiona yayılmasının Ermənistanın təhlükəsizliyinə, həmçinin bölgədəki erməni və digər həssas azlıqların rifahına mənfi təsir göstərə biləcəyindən narahat olaraq, komitə ABŞ xarici siyasəti üzərində qanunverici nəzarətin gücləndirilməsi ilə bağlı mövqeyini yenidən təsdiqləyib.
Komitə Amerika Birləşmiş Ştatları Konstitusiyasının I maddəsinin 8-ci bölməsinin 11-ci bəndinə əsasən, hər hansı hərbi əməliyyat üçün Konqresin rəsmi razılığının tələb olunduğunu vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az