Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı planlaşdırılan proqramların icra vəziyyəti, əməkdaşlığın genişləndirilməsi imkanları, eləcə də yeni təşəbbüslərin formalaşdırılması perspektivləri müzakirə olunub.
“Nazir müavini institusional potensialın gücləndirilməsinə yönəlmiş davamlı əməkdaşlığın vacibliyini vurğulayıb. Tərəflər konstruktiv dialoqu və birgə səyləri davam etdirməyə hazır olduqlarını bildiriblər”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az