Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
“Çünki qeyd olunan icmalarda hakimiyyətin ideyalarını bölüşən “ağlı başında” ikinci bir namizəd tapa bilməyiblər. Beləliklə demək olar ki, hakim partiyanın seçki siyahısının milli azlıqlardan formalaşan ikinci hissəsi artıq hazırdır”, - deyə nəşr qeyd edib.
KİV vurğulayıb ki, yezidi icmasından yenidən Rustam Bakoyan, rus icmasından Aleksey Sandikov, kürd icmasından Knyaz Hasanov, assur icmasından isə Arsen Mixaylov seçilib.
“Qanuna görə, ən çox səs toplayan siyasi qüvvəyə say baxımından ən böyük olan yezidi icmasının nümayəndəsi düşür. Əgər həmin qüvvənin mandatları ikiqat çox olarsa, rus icmasının nümayəndəsi də, əgər konstitusion çoxluğa malikdirsə, hər üç icmanın nümayəndəsi parlamentə düşür”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az