Ermənistan MN hərbi qulluqçunun ölümünü təsdiqləyib

2018/12/15041-1545914415.jpg
Oxunub: 439     22:37     26 Fevral 2026    
Fevralın 26-da erməni hərbi qulluqçu Narek Hamlet Hakobyanın meyiti aşkar edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermnistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, hadisənin bütün hallarının tam şəkildə araşdırılması məqsədilə istintaq aparılır.

Bundan əvvəl Ermənistan KİV-ləri bildirmişdi ki, bu gün hərbi polisə əməliyyat məlumatı daxil olub və atəş açılması nəticəsində bir erməni hərbi qulluqçunun öldüyü bildirilib. Hadisə yerində məlumatın doğru olduğu müəyyən edilib. Ölmüş şəxs Abovyan şəhər sakini, 19 yaşlı Narek Hakobyandır. Ehtimal olunan şübhəlinin kimliyi məlumdur və o, artıq tapılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Ölüm  


Bizi "telegram"da izləyin