Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, həmsöhbətlər parlamentlərarası əməkdaşlığın ardıcıl şəkildə inkişaf etdirilməsinin və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
“Görüş zamanı Ermənistan-Polşa ikitərəfli münasibətlərinin gündəliyi, həmçinin Ermənistan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər regional proseslər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az