Ermənistanda 19 yaşlı hərbi qulluqçu qətlə yetirilib, şübhəli var

2026/02/1772128823.jpg
Oxunub: 495     21:57     26 Fevral 2026    
Bu gün Göyçə vilayətində yerləşən Ermənistan Müdafiə Nazirliyinin döyüş mövqelərindən birində odlu silahdan istifadə edilməklə qətl hadisəsi baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Ermənistanın hərbi polisinə informasiya daxil olub ki, atəş nəticəsində bir əsgər ölüb.

Qeyd edilir ki, hadisə yerində məlumatın doğru olduğu müəyyən edilib. Ölən şəxs Abovyan şəhər sakini, 19 yaşlı Narek Hakobyandır. Ehtimal olunan şübhəlinin şəxsiyyəti məlumdur və o, artıq tapılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin