Ermənistan Baş naziri Polşa Prezidenti ilə görüş keçirib

2026/02/1772127605.jpg
Oxunub: 466     21:37     26 Fevral 2026    
Ermənistan Baş naziri Nikol Paşinyan Polşa Prezidenti Karol Navrotski ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Navrotski Paşinyanın səfərini alqışlayıb və bu gün Ermənistan ilə Polşa arasında hərbi-texniki sahədə imzalanmış sazişin əhəmiyyətini vurğulayıb.

Navrotski əminliyini ifadə edib ki, hər iki ölkə bütün sahələrdə əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək.

“Baş nazir Nikol Paşinyan Ermənistan ilə Polşa arasında aktiv qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb. O, Polşanın Ermənistan-Avropa İttifaqı əlaqələrinin dərinləşdirilməsində, ölkəmizdə həyata keçirilən demokratik islahatların reallaşdırılması və irəlilədilməsində rolunu xüsusi qeyd edib.

Həmsöhbətlər həmçinin regional əhəmiyyətli digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Polşa  


Bizi "telegram"da izləyin