Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Pastinfo” nəşri yazıb.
Nəşrə görə, bu paylamalar icra hakimiyyəti, “Diakonia” xeyriyyə təşkilatı və “Mensenkinderen” təşkilatı ilə fəal əməkdaşlıq çərçivəsində həyata keçirilib.
“Bu, Ermənistan prezidentinin parlamentə seçkilərin təyin edilməsi haqqında fərmanı imzaladığı bir vaxtda baş verir. Bu isə o deməkdir ki, bu və ya digər siyasi qüvvə ilə assosiasiya olunan xeyriyyə təşkilatları xeyriyyə fəaliyyəti ilə məşğul ola bilməz, çünki bu, seçki rüşvəti kimi qiymətləndirilə bilər.
Bu halda xeyriyyə ilə bağlı elan 3 gün əvvəl icra hakimiyyətinin “Facebook” səhifəsində dərc edilib və ərzaq yardım bağlamalarının şəkilləri də paylaşılıb. Bundan əvvəlki bir neçə paylaşım isə artıq Suren Papikyanın fəaliyyəti ilə bağlı olub. İcra hakimiyyəti Papikyanla nə qədər fəxr etdiklərini bildirirdi. Belə şəraitdə, hətta böyük istək olsa belə, icra hakimiyyətinin hər hansı siyasi qüvvə ilə assosiasiya olunmadığını demək mümkün deyil, çünki konkret siyasi qüvvəni təmsil edən məmurun təbliğatına qoşulublar.
Yeri gəlmişkən, “Mensenkinderen” şirkəti Niderland mənşəlidir və Albaniya, Moldova və Ermənistanda fəal fəaliyyət göstərir. Ermənistanda isə Moldova ssenarisinin tətbiq olunmasının tərəfdarı məhz mövcud hakimiyyətdir”, - deyə nəşr bildirib.
“Pastinfo” icma rəhbəri Arayik Nersisyanla əlaqə saxlayaraq xeyriyyə ilə bağlı qanuni qadağadan xəbərdar olub-olmadığını dəqiqləşdirməyə çalışıb. Söhbətin əvvəlində Nersisyan danışmağa etiraz etməsə də, mövzunun nə olacağını bildirdikdə məlum olub ki, onun təcili müşavirəsi var və o, bir qədər sonra əlaqə saxlayacağını vəd edərək telefonu söndürüb.
“Nersisyandan geri zəng, əlbəttə ki, olmayıb. Lakin söhbətdən bir neçə saniyə sonra icra hakimiyyətinin səhifəsindən xeyriyyə ilə bağlı paylaşım və fotolar silinib. Halbuki biz onları artıq saxlamışdıq. Bu isə onu göstərir ki, icra hakimiyyətində yaxşı anlayırlar ki, bu mərhələdə xeyriyyə fəaliyyəti seçki rüşvəti kimi qəbul oluna bilər”, - deyə KİV qeyd edib.
Material artıq dərc edildikdən sonra icma rəhbəri Arayik Nersisyan nəşrlə əlaqə saxlayaraq bildirib ki, xeyriyyə proqramı yanvar ayında həyata keçirilib.
“Sadəcə təşkilatlar donorlarla təşəkkürün hansı formada ifadə olunacağını razılaşdırmalı idilər, biz isə paylaşımı daha gec etməyə məcbur olduq. Bu, həmin təşkilatlara təşəkkür formamız idi.
Şənbə-bazar gəlib payladılar və getdilər. Deyirdilər ki, biz deyəcəyik necə edək. Təxminən 20 gün gecikmiş şəkildə məlumat verdilər. Sonradan qərar verildi ki, paylaşımı səhifədən silək və bu gün artıq silmişik”, - deyə o bildirib.
“Qeyd edək ki, materialın silinməsi bizim zəngimizdən bir neçə dəqiqə sonra baş verib, icma rəhbəri isə şərh vermək üçün bir neçə saat sonra geri zəng edib”, - deyə KİV yazıb.
Alpər Mövludoğlu
Ordu.az