Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan Baş naziri Nikol Paşinyanla birgə bəyanat zamanı Polşanın Baş naziri Donald Tusk bildirib.
O qeyd edib ki, ötən gün İslandiyanın Baş naziri ilə görüşüb və həmin görüşdə Ermənistan vətəndaşları üçün Avropanın yolunu necə aça biləcəklərini müzakirə ediblər:
“Sizin bu yolu aydın şəkildə ifadə edən səylərinizi xüsusi vurğulamaq istəyirəm. Biz çox ehtiyatla, lakin eyni zamanda aydın şəkildə Avropa İttifaqını demokratiyanı, müstəqilliyi və sülhü seçən bütün ölkələr üçün genişləndirməyə açığıq.
Əminəm ki, sizin həyata keçirdiyiniz siyasət məhz bu istiqamətdə irəliləyir və yanaşmana görə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm.
Biz inanırıq ki, təhlükəsizlik sahəsində aparılacaq hərbi əməkdaşlıq təkcə Ermənistan üçün deyil, bütün region üçün faydalı olacaq.
Bu amilin nə qədər vacib olduğunu çox yaxşı anlayırıq, bilirik ki, hər iki ölkə və hər iki Baş nazir olaraq nə etməli olduğumuzu və necə etməli olduğumuzu aydın şəkildə dərk edirik ki, tək qalmayaq, birlikdə olaq və ölkələrimiz üçün sabitlik və təhlükəsizlik təmin edək.
Ermənistanın hazırda olduğu nöqtədə olmasından məmnunam və hesab edirəm ki, əməkdaşlığımızı davam etdirəcəyik”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az