Azərbaycan və İndoneziya əməkdaşlığın gücləndirilməsini müzakirə edib

2025/12/1764577931.jpg
Oxunub: 472     19:55     26 Fevral 2026    
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İndoneziyanın səfiri Berlian Helmi görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi strategiyasını müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə İndoneziyanın Azərbaycandakı səfirliyi "Instagram" sosial şəbəkəsində məlumat yayıb.

"Görüşdə İndoneziya və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi strategiyası, əməkdaşlıq mexanizmləri, eləcə də perspektivli birgə layihələr sahəsində təkliflər müzakirə olunub", - məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İndoneziya  


Bizi "telegram"da izləyin