Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan jurnalistlərlə söhbətində pensiyaların 10 min dram artırılması barədə hakimiyyətin qərarına münasibət bildirərkən deyib.
“Mən bu bəyanatda da hiyləgərlik görürəm. Hamı bu qədər artım alacaqmı, yoxsa yox? Bu qərarın orta pensiya məbləğinə təsiri minimal olacaq”, - deyə o bildirib.
“Bu, seçki rüşvətidirmi?” sualına sabiq erməni prezident belə cavab verib: “Seçkilər çoxdan saxtalaşdırılır. Əgər insanlar həbs edilirsə, əgər dövlət vəsaitləri seçki ilində başqa cür xərclənirsə, bunlar pozuntu deyilmi? Çoxdan ölkəmizdə “qutu doldurmaq” yoxdur”.
Qeyd edək ki, ötən gün Nikol Paşinyan aprelin 1-dən Ermənistanda pensiya və müavinətlərin artırılacağını bəyan edib.
Jurnalistlərin “Paşinyan parlamentdə bildirib ki, “Metsamor” Atom Elektrik Stansiyasının bağlanmasını təmin etmək öhdəliyini Serj Sarkisyan Ermənistan-Avropa İttifaqı Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi (CEPA) çərçivəsində üzərinə götürüb” fikrinə münasibət bildirən sabiq erməni prezident deyib: “Biz bağlanma barədə razılaşmamışıq, əksinə, onun fəaliyyət müddətinin 20 il uzadılması üçün danışıqlar aparmışıq və məhz bunun sayəsində stansiya bu gün də fəaliyyət göstərir”.
Alpər Mövludoğlu
Ordu.az