Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, sənədi iki ölkənin xarici işlər nazirləri imzalayıb, bundan sonra baş nazirlər Nikol Paşinyan və Donald Tusk bəyanatlarla çıxış ediblər.
Xüsusilə, Polşanın Baş naziri Donald Tusk deyib: “Məhz bu tarixdə, 1992-ci il fevralın 26-da Polşa Ermənistanla diplomatik münasibətlər qurub.
O zaman Polşa müstəqilliyini qurmaqda olan dövlətləri təşviq edirdi. Bu, tarixi oxşarlıqları, tarixə düzgün yanaşmanı və ölkələrimizə yönəlmiş təhdidləri yaxşı hiss etdiyimiz bir dövr idi.
Bu gün deyə bilərəm ki, erməni-polyak münasibətləri və şəxsi münasibətlərimiz dostluq xarakterlidir və heç bir ön şərt olmadan inkişaf edir. Məqsədlərimiz oxşardır.
Mən bilirəm ki, bu siyasi baxışın formalaşdırılması və həyata keçirilməsi yolunda nə qədər səy göstərilib. Rusiyanın Ukraynaya qarşı təcavüzü şəraitində bu, çox nadir bir haldır və siz bu siyasi yol üçün nümunə olmalısınız.
Həmçinin bütün ictimaiyyətə təqdim etmək lazımdır ki, sülh son dərəcə vacibdir. Bu, böyük zəhmət tələb edən çətin yoldur. Mən bu istiqamətdə göstərdiyiniz səyləri yüksək qiymətləndirirəm.
Erməni xalqına və şəxsən sizə bu yolda uğurlar arzulayıram. Ermənistanın Avropa yolunu seçməsi də çox təqdirəlayiqdir. Avropa İttifaqının böyük ailəsinin necə genişləndirilməsi çox aktual mövzudur”, - deyə Tusk bildirib.
Alpər Mövludoğlu
Ordu.az