Sarkisyan parlament seçkilərində iştirakla bağlı: “Hələlik qərarımız yoxdur”

2025/11/1763017007.jpg
Oxunub: 400     20:00     26 Fevral 2026    
“Ermənistan Respublikaçılar Partiyasının hələlik seçkilərdə iştirakla bağlı qərarı yoxdur”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün məhkəmə iclasından sonra jurnalistlərlə söhbətində Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan bildirib.

“Ona görə də qərarımız yoxdur və bu təəccüblü deyil. İlk baxışda asandır, ya iştirak edirik, ya da yox. Amma məsələnin mahiyyətinə vardıqda ikilik yaranır: bir neçə mandat uğrunda mübarizə aparaq, yoxsa müxalif mübarizəmizi minimuma endirərək daha əlverişli şərait formalaşdıraq və bununla da qalib gəlməyə iddia edən qüvvələr üçün şərait yaradaq? Bizim hesabımıza “xal” toplamağa çalışacaq hər kəs həqiqəti eşidəcək, bizim kompleksimiz yoxdur. Hansı böhtan səsləndirilibsə, cavabını həqiqət formasında alacaqlar”, - deyə sabiq erməni prezident bildirib.

İmpiçment prosesinə toxunan Sarkisyan qeyd edib ki, növbəti məhkəmə iclasınadək ictimaiyyət bu barədə yenilik öyrənəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin