Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Erməni deputat günahını qəbul etmədiyini və ona qarşı irəli sürülmüş ittihamı siyasi təqib hesab etdiyini bildirib. O deyib: “Məqsəd ədalətin bərpası deyil, mənim siyasi fəaliyyətimin dayandırılmasıdır. Mən burada ədalət axtarmıram. Bu məhkəmədə qanunun hərfi ilə deyil, qərarlar siyasi elitanın kabinetlərində qəbul olunur. Mən öz günahsızlığımı sübut etməyə hazıram. Lakin 8 ay ərzində əmin olduq ki, bu məhkəmədə ədalət yoxdur. Mən Zəngəzur ermənisiyəm, heç vaxt təslim olmayan və susmayan bir bölgəni təmsil edirəm”.
Müdafiə tərəfi çoxsaylı və uzun çıxışlarında faktiki sübutların olmadığını, günahsızlıq prezumpsiyasının pozulduğunu və siyasi təqib hallarının mövcudluğunu vurğulayıb.
Söz alan erməni arxiyepiskop Baqrat Qalstanyan hakimə işarə edərək xatırladıb ki, hər bir insan bir gün bu dünyanı tərk edəcək, lakin elə insanlar var ki, fiziki olaraq sağ qalsalar da, mənəvi cəhətdən ölürlər. O, bu iş üzrə faktların olmamasını qeyd edərək bildirib ki, sübutlar olmadan iştirakçılar həbsdə saxlanılır, halbuki Acapnyakdakı silahlı insident kimi rezonans doğuran bir çox işlərin iştirakçıları ev dustaqlığında və ya azadlıqdadır.
Çıxışları dinlədikdən sonra erməni hakim bildirib ki, əvvəlki müzakirədən sonra pozuntu riskləri azalıb, lakin azadlığa buraxmaq üçün yetərli səviyyədə deyil. Nəticədə ev dustaqlığı bütün məhdudiyyətlərlə birlikdə üç ay müddətinə uzadılıb.
Alpər Mövludoğlu
Ordu.az