“Əlilliyi olan şəxslər orduda xidmət edə bilər” - Paşinyan

2026/02/1771000280.jpg
Oxunub: 408     09:06     14 Fevral 2026    
Ermənistan Baş naziri Nikol Paşinyan hərbi xidmətlə uyğun olmayan xəstəliklər siyahısına yenidən baxılmasının zəruri olduğunu hesab edir.

Ordu.az xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə, müxtəlif vəzifəli şəxslərin və onların oğullarının orduda xidmət etməməsi ilə bağlı suala cavab verərkən bildirib.

“Əvvəlcə aydınlaşdırılmalıdır ki, bu, qanuni əsasla, yoxsa qanunsuz baş verib. Çünki əgər şəxsin xidmətlə uyğun olmayan xəstəliyi varsa... və ya uzun müddət belə bir tənzimləmə olub ki, elmlər namizədləri xidmət etməyiblər. Hazırda biz xidmətlə uyğun olmayan xəstəliklərin siyahısına da yenidən baxırıq və bu prosesi davam etdiririk. Bu yaxınlarda bir əsgərin evində olmuşdum, onun yaxınlarından biri, əvvəllər zabit olmuş, hazırda isə əlilliyi olan şəxs deyirdi ki, orduda xidmət edə bilər, mən də deyirdim ki, bəli. İndi texnologiyalar o qədər dəyişib ki, hətta əlilliyi olan insan da hərbi xidmət keçə bilər, pilotsuz uçuş aparatı operatoru ola bilər”, - deyə Ermənistan Baş naziri bildirib.

Paşinyanın qiymətləndirməsinə görə, hakimiyyət qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində irəliləyir ki, korrupsiya mexanizmləri vasitəsilə hərbi xidmətdən yayınma halları mümkün qədər istisna edilsin.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin