Ordu.az xəbər verir ki, Batikyan özünün “Facebook” səhifəsində təsdiqə təqdim olunan seçki siyahısında 044 nömrə ilə yer aldığını bildirib.

“168.am” nəşri 2021-ci il dekabrın 8-də yazmışdı ki, Suren Papikyan həmin ilin noyabrın 15-də müdafiə naziri olduqdan dərhal sonra yaxınlarını Ermənistan Müdafiə Nazirliyində vəzifələrə təyin etməyə başlayıb.
Xüsusilə qeyd olunurdu ki, 2021-ci il dekabrın 6-da Ermənistan Müdafiə Nazirliyinin baş katibi vəzifəsinə təyin edilmiş Artur Sarkisyan azad edilib və onun yerinə dekabrın 8-də Batikyan təyin olunub. Batikyan isə bundan bir gün əvvəl o zamankı Ermənistan Baş nazir müavini Hambardzum Matevosyanın ofisinin rəhbəri vəzifəsindən azad edilmişdi.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi 2021-ci il dekabrın 8-də yayımlanan məqaləyə reaksiya verərək Hamlet Batikyan ilə müddətli əmək müqaviləsi bağlandığını bildirmişdi. Batikyan bu günədək həmin vəzifəni tutur.
Əlavə edək ki, Suren Papikyan seçki siyahısında 219-cu nömrə ilə təqdim olunub.
Alpər Mövludoğlu
Ordu.az