“Çiçəklənən Ermənistan” Partiyasının rəhbəri, erməni oliqarx Qaqik Tsarukyan və arvadı Cavahir Tsarukyana qarşı məhkəmə qadağasından yan keçmək və Bolqarıstandakı şirkət paylarını 23,85 milyon avroya satmaq ittihamı irəli sürülüb.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
İttiham aktına əsasən, Qaqik Tsarukyan və Cavahir Tsarukyan Ermənistan Cinayət Məcəlləsinin 507-ci maddəsinin 1-ci hissəsi ilə qəbul edildiyi andan qanuni qüvvəyə minmiş digər məhkəmə aktını icra etməməkdə ittiham olunurlar.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Tsarukyan
Ermənistan