Ordu.az xəbər verir ki, bunu bu gün brifinq zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, Rusiya regional layihələrlə bağlı maneə yaratmayacağını açıqlayıb və bu məsələni o, Rusiya Prezidenti ilə müzakirə edib.
“O, bütün bu proqramları dəstəkləyir. Lakin bəzi ölkələrdə belə fikir güclənir ki, Naxçıvandan sonra marşrutu Ermənistan üzərindən davam etdirmək lazım deyil, çünki dəmir yolu Rusiyanın idarəçiliyindədir. Bu fikri müdafiə edənlər Ermənistanı kənardan keçməyi təklif edirlər və nəticədə biz mövqelərimizi itiririk. Rusiyaya qarşı heç bir mövqeyimiz yoxdur, amma dəmir yolunun idarəçiliyini bizim və Rusiyanın dostu olan bir ölkənin alması müzakirə edilə biləcək variantdır”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az