Ordu.az xəbər verir ki, bunu bu gün brifinq zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Yepiskoposlar Məclisini Ermənistandan kənarda çağırmaq təşəbbüsü Erməni Apostol Kilsəsinin katolikosluğunu ölkədən çıxarmaq, onu müəyyən qüvvələrin əlində marionet quruma çevirmək və Ermənistana qarşı alət kimi istifadə etmək məqsədi daşıyır.
Paşinyan diaspor nümayəndələrinə də xəbərdarlıq edib: “Çox sərt əks-reaksiya olacaq, Üçmüədzinin xəzinələrinə göz dikənlərin baxışları başqa istiqamətə yönələcək”.
Alpər Mövludoğlu
Ordu.az