Ordu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin onun guya İlham Əliyevdən 5 milyard dollar alması barədə iddiasına cavab olaraq deyib.
“Məmnuniyyətlə qeyd edirəm ki, Ermənistan ilə Türkiyə, Ermənistan ilə İran, Ermənistan ilə Azərbaycan arasında davamlı qarşıdurma yaratmaq və bununla da Rusiyadan asılılığı artırmaq ideyasını çoxları bölüşmür. Əminəm ki, həmkarım Vladimir Putin, Mixail Mişustin və hökumətin bir çox nümayəndələri bu mövqeni dəstəkləmir”, - deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, seçkilərdə dünyaya Ermənistanın gözü ilə baxan qüvvələr və dünyaya Zatulinin gözü ilə baxan qüvvələr iştirak edəcək: “Ermənistan vətəndaşları qərar verməlidir ki, öz gözlərinə inanırlar, yoxsa Zatulinin gözlərinə. 2026-cı ildən sonra siyasətlə məşğul olan oliqarx və ya keçmiş prezident görməyəcəksiniz, hamısı kənarlaşdırılacaq. İyunun 8-də Ermənistan yeni bir səhərə oyanacaq və onun tarixi 374-cü ildə Kral Papın qətlə yetirilməsi ilə yarımçıq qalmış tarixlə birləşəcək. Ermənistan və erməni xalqı öz tarixinə qayıdacaq”.
Alpər Mövludoğlu
Ordu.az