Ordu.az xəbər verir ki, bunu bu gün brifinq zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“ABŞ ilə TRIPP (Zəngəzur dəhlizi-red.) çərçivəsində birgə investisiyalarımız var, həmçinin sərhəd idarəçiliyi və nüvə enerjisi sahəsində əməkdaşlıq edirik. Bütün hallarda söhbət investisiyalardan gedir. Hansının özəl, hansının dövlət investisiyası olacağı hələ məlum deyil”, - deyə o qeyd edib.
Jurnalistin sualına cavab olaraq Paşinyan bildirib ki, müqavilə ABŞ tərəfindən texnologiyanın digər incəliklərinin açıqlanması və onun tam qiymətləndirilməsi imkanının yaradılması məqsədilə imzalanıb: “Biz Rusiya ilə də müzakirələr aparmışıq. Orada da texnologiya var, lakin bu, su üzərindədir, çünki söhbət sualtı qayığın reaktorunun uyğunlaşdırılmış variantından gedir. Rusiyalı tərəfdaşlardan xahiş etmişik ki, həmin texnologiyaya çıxış imkanımız olsun deyə ekspert səfəri təşkil etsinlər, lakin bu texnologiya quruda mövcud deyil. Müqaviləni ABŞ ilə imzalamışıq ki, növbəti mərhələyə aid zəruri məlumatları əldə edək”.
Alpər Mövludoğlu
Ordu.az