Ermənistan Baş naziri: “Tehrana səfərlə bağlı müzakirələr aparırıq, mümkün müqavilə üzrə danışıqlar gedir”

2026/02/1770823172.jpg
Oxunub: 439     19:38     13 Fevral 2026    
“Tehrana səfərlə bağlı müzakirələr aparılır, mümkün müqavilə üzrə danışıqlar davam edir”.

Ordu.az xəbər verir ki, bunu bu gün brifinq zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Müqavilə üzrə danışıqlar uğurla başa çatdıqdan sonra sənəd imzalanacaq. Konkret vaxt yoxdur ki, yazda, yoxsa payızda olacaq”, - deyə o qeyd edib.

Daha əvvəl İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami bildirmişdi ki, o, İran ilə Ermənistan arasında strateji əməkdaşlıq haqqında hərtərəfli sənədin bu il Paşinyanın Tehrana səfəri zamanı imzalanacağına ümid edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   İran  


Bizi "telegram"da izləyin