Paşinyan Karapetyan barədə: “İkinci ölkənin vətəndaşlığı olan şəxs baş nazirliyə namizəd ola bilməz”

2026/02/1770750487.jpg
Oxunub: 309     19:31     13 Fevral 2026    
“Ermənistan qanunvericiliyinə və konstitusiyasına əsasən, ikinci, bu halda hətta üçüncü ölkənin vətəndaşlığı olan şəxs nə deputatlığa, nə də baş nazirliyə namizəd ola bilməz”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Güclü Ermənistan” partiyasının erməni iş adamı Samvel Karapetyanı baş nazirliyə namizəd irəli sürməsinə münasibət bildirərkən deyib.

“Sizin dediyiniz isə nə de-yure, nə də de-fakto mövcuddur. Buna görə də mövcud olmayan bir məsələni şərh etməyi zəruri hesab etmirəm”, - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Karapetyan  


Bizi "telegram"da izləyin