Ermənistanın Baş naziri İran səfiri ilə görüşüb

2026/02/1770990779.jpg
Oxunub: 355     17:51     13 Fevral 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan İranın Ermənistandakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirloğamini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər Ermənistan-İran əməkdaşlığının müxtəlif sahələrinə dair məsələləri, eləcə də birgə layihələrin icrasının gedişini müzakirə ediblər.

“Regional nəqliyyat-kommunikasiya xətlərinin blokdan çıxarılması və ticarət-iqtisadi münasibətlərin təşviqi kontekstində tərəflər iki ölkə arasında dəmir yolu əlaqəsinin təmin edilməsinə yönəlmiş addımları vacib hesab ediblər. Qeyd olunub ki, bu, daha geniş əlaqələrin qurulmasının tərkib hissəsinə çevrilə bilər”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin