Ermənistan müdafiə naziri ABŞ səfirliyinin müvəqqəti işlər vəkili ilə görüşüb

2026/02/1770990590.jpg
Oxunub: 349     17:40     13 Fevral 2026    
Fevralın 13-də Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-nin Ermənistandakı səfirliyinin müvəqqəti işlər vəkili Deyvid Aleni qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüş zamanı Ermənistan-ABŞ müdafiə sahəsində əməkdaşlığına dair məsələlər müzakirə olunub.

Qeyd edilib ki, Suren Papikyan Ermənistanın müdafiə islahatlarının aktiv mərhələsində olduğu bir dövrdə Ermənistan-ABŞ əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

“Həmçinin ikitərəfli hərbi-texniki əməkdaşlıq məsələlərinə toxunulub.

Həmsöhbətlər xüsusilə təhsil, yenidən hazırlıq, təlimlər, təcrübə mübadiləsi və peşəkar məsləhət istiqamətlərini vacib hesab ediblər.

Deyvid Alen ABŞ-nin Ermənistanla müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu və Ermənistanın müdafiə islahatları prosesinə dəstəyini ifadə edib.

Bundan əlavə, regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər də müzakirə olunub”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin