Erməni nazir Rusiya səfiri ilə AES-in ikinci enerji blokunun istismar müddətinin uzadılmasını müzakirə edib

2026/02/1770990363.jpg
Oxunub: 373     17:43     13 Fevral 2026    
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bu gün Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı Ermənistan Atom Elektrik Stansiyasının ikinci enerji blokunun istismar müddətinin uzadılması ilə bağlı aparılan işlər müzakirə olunub.

Qeyd edilib ki, həmçinin infrastrukturun inkişafı və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Tərəflər regionlararası əməkdaşlığın əhəmiyyətini vurğulayıb və bu istiqamətdə əməkdaşlığın gələcəkdə də dərinləşdirilməsi barədə razılığa gəliblər”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin