Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qeyd edilir ki, bu dəyişikliyin səbəbi Estoniya ilə Gürcüstan hökuməti arasındakı münasibətlərin soyuması, eyni zamanda Ermənistanla əlaqələrin gücləndirilməsidir.
Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, fevralın 11-də Gürcüstanın müvəqqəti işlər vəkilinə Estoniyanın Gürcüstandakı səfiri Marqe Mardisalu-Kaharın Tbilisidəki missiyasının martın 10-da başa çatacağı barədə məlumat verilib.
Yeni səfir təyin olunana qədər Estoniyanın Gürcüstandakı səfirliyinə müvəqqəti işlər vəkili Qita Kalmet rəhbərlik edəcək.
Estoniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti Gürcüstana yeni səfirin nə vaxt təyin edilə biləcəyi barədə məlumat verməyib.
Alpər Mövludoğlu
Ordu.az