Paşinyanın müşaviri parlament sədri olacağı xəbəri barədə: “Məndə belə bir məlumat yoxdur”

2026/02/1770985766.jpg
Oxunub: 309     16:26     13 Fevral 2026    
“Məndə belə bir məlumat yoxdur”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan Baş nazirinin müşaviri Lilit Makunts “Vətəndaş Müqaviləsi” partiyasının ofisinin qarşısında jurnalistlərlə söhbəti zamanı parlament seçkilərindən sonra yeni seçiləcək parlamentin sədri vəzifəsini tutacağına dair yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Makunts Ermənistan parlamentinin sədri olmaq istəyib-istəmədiyi ilə bağlı sualı cavabsız qoyaraq ərazini tərk edib.

Qeyd edək ki, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının mərkəzi ofisində bu gün 2026-cı il parlament seçkiləri üçün partiyanın namizədlər siyahısının müəyyənləşdirilməsi üzrə birinci mərhələ başlayıb.

Bu mərhələdə hakim partiyanın 1100-ə yaxın nümayəndəsi partiya ofisinə gələrək 276 nəfərlik siyahıdan 50 namizəd seçməlidir. Daha sonra səsvermənin nəticələri yekunlaşdırılacaq və ən çox səs alandan ən az səs alana doğru sıralanmaqla hakim partiyanın ilkin reytinq siyahısı formalaşdırılacaq.

İlk 50 namizəd isə artıq mart ayında partiyadaxili platformada təşviqat kampaniyası aparacaq ki, nümayəndələr həmin 50 nəfər arasından yenidən seçim edərək Baş nazir namizədinin kim olacağını və siyahıda kimin hansı yeri tutacağını müəyyənləşdirsinlər.

Xatırladaq ki, bu mərhələ fevralın 15-nə qədər davam edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Makunts  


Bizi "telegram"da izləyin