Erməni nazir dəmir yolunun iki hissəsinin təmiri barədə: “Rusiya tərəfi ilə razılığa gəlməyə yaxınıq”

2026/02/1770984060.jpg
Oxunub: 295     15:59     13 Fevral 2026    
“Ermənistan hökuməti xüsusilə ilk növbədə dəmir yolunun Arazdəyən və Axurik hissələrində onların iştirakı ilə işlərin həyata keçirilməsi istiqamətində Rusiya tərəfdən olan tərəfdaşlarla işi davam etdirir”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə söhbətində Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan dəmir yolunun iki hissəsinin təmirini Rusiya tərəfinin həyata keçirib-keçirməyəcəyi və ya başqa ssenarinin nəzərdə tutulub-tutulmadığı sualına münasibət bildirərkən deyib.

“Ən azı həmin iki hissə ilə bağlı Rusiya tərəfi ilə müəyyən qarşılıqlı anlaşmamız var və müəyyən razılığa gələcəyik. Düşünürəm ki, yaxın günlərdə bunun cavabı olacaq. Əgər belə alınsa ki, işi onlar görsünlər, bu daha yaxşı olar və biz həmin yolla gedərik. Əgər hansısa məsələlər mane olsa, baxmayaraq ki, mənim anlayışıma görə, ən azı Arazdəyən və Axurik hissələri ilə bağlı maneə yaradacaq məsələlər olmamalıdır, o halda belə hallar yaranarsa, Ermənistan hökuməti özü həmin hissələrdə dəmir yolunu bərpa edəcək. Çünki bu, blokadanın aradan qaldırılması məntiqinin mühüm məqamlarından biridir və biz bu istiqamətdə irəliləyirik”, - deyə o qeyd edib.

İnvestisiyanı Rusiya tərəfinin edib-etməyəcəyi ilə bağlı dəqiqləşdirici suala erməni nazir müsbət cavab verib: “Əgər mənim dediyim birinci variant həyata keçsə, bəli. İş prosesinin nəticəsində məndə formalaşan təəssürata görə, biz bu məsələ ilə bağlı razılaşma əldə etməyə yaxınıq. Amma söhbət iki tərəfdən getdiyi üçün, icazə verin, vaxtından əvvəl danışmayım. Vaxtı gələndə bu barədə açıqlama veriləcək. Əgər Rusiya tərəfi edərsə, Rusiya tərəfi edəcək, etməsə, Ermənistan hökuməti edəcək.

Danışıqlarda bizim nazirlik də iştirak edir, nəqliyyat sahəsini kurasiya edən müavinim cənab Simonyan bu məsələ ilə bağlı Rusiya tərəfdaşları ilə aktiv müzakirələr aparır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan  


Bizi "telegram"da izləyin