“ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış sülh sazişi bütün Cənubi Qafqaz üçün transformasiya qapısı açır. Gürcüstan bu sazişin mümkün sabitliyinə və rifahına töhfə verə, eyni zamanda ondan əhəmiyyətli dərəcədə faydalana bilər”.
Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentində Gürcüstanın “Netgazeti” nəşrinə bildiriblər.
“Biz ikitərəfli münasibətlərimiz və ölkədəki siyasi vəziyyətlə bağlı məsələlər üzrə Gürcüstan hökuməti ilə əməkdaşlığı davam etdirəcəyik. Həmçinin Gürcüstan hökumətinin ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək öhdəliyini nümayiş etdirməsi üçün ata biləcəyi konkret addımları müzakirə edirik”, - deyə ABŞ Dövlət Departamenti bildirib.
Qeyd olunub ki, ABŞ Gürcüstanla konstruktiv münasibətlər qurmağa sadiqdir.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
Ermənistan
Azərbaycan