Norveç səfiri Azərbaycan Prezidentinə minnətdarlığını bildirib

2026/01/1769785440.jpg
Oxunub: 452     18:44     30 Yanvar 2026    
Norveçin Azərbaycandakı səfiri Andreas Qaarder qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Ordu.az-ın verdiyi məlumata görə, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Bu gün Zati-aliləri Prezident Əliyev tərəfindən qəbul edilmək və Norveçin Azərbaycandakı səfiri kimi etimadnaməmi təqdim etmək mənim üçün şərəf oldu", - paylaşımda deyilib.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 30-da Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri Andreas Qaarderin etimadnaməsini qəbul edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Azərbaycan  


Bizi "telegram"da izləyin