Ordu.az xəbər verir ki, bu barədə bu gün “Ermənistanın və erməni dünyasının təhlükəsizliyinə təhdid yaradan amillər” mövzusunda keçirilən debat zamanı “Hayastan” müxalif fraksiyasının deputatı, Daşnaksütun ali orqanının üzvü Geğam Manukyan bildirib.
Onun sözlərinə görə, vergi ödəyicilərinin vəsaiti hesabına maliyyələşdirilən Ermənistan Müdafiə Nazirliyinin rəsmi “Zinuj” proqramı açıq şəkildə göstərir ki, obrazlı deyilsə, çiçəklər və kəpənəklər çəkməkdən başqa, Silahlı Qüvvələrdə heç bir real fəaliyyət həyata keçirilməyəcək.
“Bir vaxtlar ordumuzun ruporu olan “Zinuj” proqramı indi bəzən hansısa bir zabitin attestasiya verdikdən sonra yüksək maaş almağa başlaması ilə açılır və üç qızın xidmətə qəbul edilməsi ilə başa çatır”, - deyə Manukyan açıq istehza və istehzalı tonla bildirib.
Alpər Mövludoğlu
Ordu.az