Ordu.az xəbər verir ki, bu barədə Ermənstan İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə Ermənistan və Bolqarıstan arasında iqtisadi əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər müzakirə olunub.
“Ermənistan Avropa İttifaqı ilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirməyə davam edir, Aİ-yə üzv dövlətlərlə münasibətlərin gələcək inkişafına böyük önəm verir. Bu kontekstdə biz Bolqarıstanın Avropa inteqrasiyası sahəsindəki təcrübəsini yüksək qiymətləndirir və həm ikitərəfli, həm də beynəlxalq formatlarda Bolqarıstanla praktiki iqtisadi əməkdaşlığı genişləndirməyə hazırıq”, - deyə Papoyan bildirib.
Erməni nazir, həmçinin Ermənistan iqtisadiyyatının əsas prioritetlərinə toxunaraq ixracın şaxələndirilməsinin vacibliyini, yerli məhsulların keyfiyyətinin artırılmasının və onların Avropa İttifaqının standartlarına uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb.
Görüş zamanı Papoyan “Sülhün kəsişməsi” və TRIPP (Zəngəzur dəhlizi-red.) təşəbbüslərini təqdim edərək, onların regional iqtisadi əməkdaşlıq və uzunmüddətli sülh baxımından əhəmiyyətini xüsusi qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az