Ermənistan Baş naziri: “Robert Köçəryanın region və beynəlxalq vəziyyətlə bağlı bilik və məlumatlılığı köhnəlib”

2025/12/1766062300.jpg
Oxunub: 470     17:26     29 Yanvar 2026    
“Mən hesab edirəm ki, Robert Köçəryanın (Ermənistanın ikinci prezidenti-red.) regiondakı və beynəlxalq arenadakı vəziyyətlə bağlı bilikləri və məlumatlılığı ümidsiz şəkildə köhnəlib”.

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan Köçəryanın tənqidinə cavab olaraq bildirib.

Paşinyan bu açıqlamanı Robert Köçəryanın “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”nun (TRIPP) (Zəngəzur dəhlizi-red.) Azərbaycan və Türkiyə üçün Ermənistan-ABŞ layihəsi olması barədə bəyanatına cavab olaraq səsləndirib.

Paşinyan əlavə edib ki, bu mövzuya əlavə edəcək heç nəyi yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Köçəryan  


Bizi "telegram"da izləyin