Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Biz elə bir mərhələyə çatmışıq ki, on minlərlə Ermənistan vətəndaşı dövlət büdcəsi hesabına maliyyələşdirilən səhiyyə sığorta xidmətlərindən yararlanır. Biz elə bir mərhələyə çatmışıq ki, Ermənistan nəhayət sülh və müstəqillikdən faydalanmağa başlayıb”, - deyə Paşinyan bildirib.
“Ağrı, yoxsa Alagöz?” sualına cavab verən Paşinyan qeyd edib ki, bu məsələ “dövlət, yoxsa qeyri-dövlət” sualı ilə bağlıdır.
“Hər bir dövlətin beynəlxalq səviyyədə tanınmış ərazisi var və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə Ağrı, yəni genişləndirilmiş Ağrı icması və Ağrı vilayəti daxildir. Lakin Ağrı dağı Ermənistanın tərkibində deyil. Əgər fərqinə varmamısınızsa, bu, son vaxta qədər “dövlət” və “qeyri-dövlət” anlayışları arasında dəqiq sərhədin olmadığını göstərirdi. Biz bu sərhədi çəkmişik, çünki biz dövlətik”, - deyə Paşinyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az