Ermənistanın sabiq müdafiə naziri İsveçrə səfiri ilə görüşüb

2026/01/1769692264.jpg
Oxunub: 460     17:09     29 Yanvar 2026    
“Yanvarın 29-da parlamentdə İsveçrə Konfederasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Andrea Barbara Bauman ilə görüşmüşəm”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan “Facebook” səhifəsində yazıb.

“Görüş zamanı Ermənistan-İsveçrə dövlətlərarası, parlamentlərarası əməkdaşlıq və onun inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmışıq.

Səfirin diqqətini Ermənistandakı daxili siyasi proseslərə, hakimiyyət tərəfindən demokratiyanı zədələyən addımlara, repressiyalara və təbii ki, siyasi məhbuslar probleminə yönəltdim”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İsveçrə  


Bizi "telegram"da izləyin