Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan 2026-cı il yanvarın 29-da İsveçrə Konfederasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Andrea Barbara Baumanı qəbul edib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qeyd edilir ki, tərəflər regional inkişaflarla bağlı məsələləri müzakirə ediblər.
Bildirilir ki, söhbət zamanı “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) layihəsinə də toxunulub.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
İsveçrə